AktualBanner

Jurnalist Bakubus- dan şikayətçidir – VİDEO

Analoq.az saytının təsisçisi Savalan Talıblı sosial şəbəkələrdə Səbail rayonu , 20-ci sahə adlanan ərazidə Bakubusa məxsus avtobusların artıq iki aydan artıqdır ki , 20 – ci sahə dairəsində dayanmasından şikayətcidir. Jurnalist videoda bildirir ki , hər gün səhərlər və günün istənilən vaxtı Bakubusa məxsus avtobusları dairənin düz ortasında görmək mümkündür. Bir neçə dəfə sosial şəbəkələrdə şikayət etsəm də qarşısı alınmayıb. Avtobusların dairədə dayanması real təhlükədir. Dairəyə girən və dairədən çıxan avtomobillər bir-birlərini görmür.

Jurnalist Ulusal.az – a bildirib ki , avtobusların dairədə dayanması təhlükəylə yanaşı tıxaca da səbəb olur.

Ulusal.az vasitəsilə aidiyyəti qurumların məsələyə münasibətinin dəyişəcəyinə ümid edirik. Əminik ki , Bakubusa məxsus bu avtobuslar dairədə yox dayanacaqda duracaqlar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button