Azərbaycan hazırda zəfər dönəmini yaşayır.Analoq .az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın bütün torpaqları işğaldan azad edilib, azad edilən ərazilərdə quruculuq və yenidənqurma işləri qürurvericidir.
Kamran Əliyev qeyd edib ki, hüquq-mühafizə orqanlarında şəffaflığın, peşəkarlığın artırılması istiqamətində işlər görülür: “Rəqəmsallaşma əsas sahələrdən biridir. Bu, cinayət prosesi ilə bağlı xüsusi sahədir. Artıq qanunvericilikdə müəyyən dəyişiliklər edilməsi zəruriyyəti yaranmışdı”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]