Aktual

Apteklərdə qiymət artımı -SORĞU

Respublikası Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarovun 2022-ci il 26 iyulda imzaladığı “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” qərar fəal surətdə həyata keçirilməyə başlayıb. Bu qərardan sonra əhali apteklərdə dərman qiymətlərin aşağı düşəcəyini gözlədiyi halda bir sıra dərman preparatlarının qiyməti kəskin bahalaşıb. Hətta 2022-ci ilin sentyabrında “Sputnik.az”a bu barədə məlumat verən iqtisadçı Samir Əliyev bildirib ki, Tarif Şurası bir sıra dərmanların qiymətini yüksək həddə qaldırıb, hətta əksər dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb.

ADU-nun Beynəlxalq Jurnalistika ixtisasının tələbələri bu barədə paytaxt sakinləri arasında sorğu keçirdlər:

Bakı şəhər sakini Nəzrin Yusifova məsələyə münasibətinin mənfi olduğunu bildirdi, qiymət artımının başlıca səbəbləri pandemiya, qlobal iqtisadi böhran olduğunu, vətəndaşların gəlirinə uyğun olaraq qiymətlərin tənzimlənməsi vacib olduğu fikrini irəli sürdü.
Digər bir vətəndaş isə qiymət artımının 200-300 manat arası təqaüd alan təqaüdçülərə, sadə insanlara daha çox mənfi təsir etdiyini bildirdi.

Daha bir vətəndaş isə dərmanlarda qiymət artımın səbəbini pandemiya və bununla əlaqədar olaraq yolların bağlanması, əsasən dərman idxal etdiyimiz ölkələrdən olan Rusiya və Ukrayna arasında gedən müharibədə gördüyünü bildirdi. Hazırda tələbə olan müsahibimiz Ayşə Rzaxanova həmçinin bildirdi ki, xərclər tez-tez artsa da, gəlirlərin əsasən sabit qalması ümumi yaşayış səviyyəsinə mənfi təsir göstərir.

Ancaq şəhər sakinləri arasında qiymət artımını hiss etmirəm və ya hər hansı mənfi təsirini müşahidə etməmişəm deyənlər də oldu.
Təqaüdçü Musa Məmmədov qiymət artımının olduğunu, lakin onun istifadə etdiyi dərmanlarda hələ ki, hər hansı bahalaşmanı müşahidə etmədiyini qeyd dedi.

Beləliklə, vətəndaşların 80%-i bahalaşmanı müşahidə etdiyini və buna mənfi münasibət bəslədiyini qeyd etdilər.

Daha sonra aptek əczaçılardan bahalaşmanın səbəbini araşdırdıq. Bir çox aptek işçiləri müsahibə verməkdən boyun qaçırdılar. Ancaq müsahibə verən əczaçı Fəridə Nəzərova bildirdi ki, qiymət artımının səbəbini dərmanlar üzərinə qoyulan vergidə gördüyünü bildirdi.

Əlbəttə, qiymət artımı mövcuddur, bu problem yalnız paytaxt sakinlərini deyil, eyni zamanda vəzifəli məmurları da düşündürür və həlli istiqamətində bir çox addımlar atılmasını gərəkli bilirlər. 18 noyabr 2022-ci il tarixində keçirilən Milli Məclisin Plenar iclasında deputat Fəzail Ağamalı bu məsələyə toxunub:

-Azərbaycanda ərzaq malları və dərman vasitələrinin qiyməti durmadan artır. Bunun qarşısı alınmalıdır. Hökumət bu istiqamətdə fəaliyyətini davam etdirir. Təklif edirəm ki, bu məhsullar üçün dəyər vergisi və gömrük rüsumu müvəqqəti dondurulsun.
Ümidvaram ki, Azərbaycan və ümumilikdə dünya qısa müddət ərzində bu vəziyyətdən çıxacaq. Müvafiq addımlar atmaqla insanların həyat şəraitinə müsbət təsir göstərmiş olarıq, – deyə o bildirib.

Hazırladı:
İsmayılova Jalə, Məmmədli Aylan, Tağızadə İradə, Zeynallı Mələkzadə
ADU-nun Beynəlxalq Jurnalistika ixtisasının I kurs tələbələri

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4.5]

Back to top button