BannerCəmiyyətŞikayət

DANIŞAN ŞƏKİL – “Cənab başçı , məgər həbs olunan icra başçılarından dərs almırsınız?!” – ASLAN HƏMİDLİ

Astara Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev bəs nə işlə məşğul olur?

Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli bu gün sosial şəbəkələrdə gündəmə çevrilən Vətən müharibəsi qazisi , Astara rayon ,Səlivə kənd sakini Məlik Məlikovun yaşadığı evin fotosunu paylaşıb.

Geniş müzakirələrə səbəb olan bu fotoda cəmiyyət birmənalı olaraq rayon İcra Hakimiyyətini və başçı Qəzənfər Ağayevi qınaq obyektinə çevirib.

Bu barədə öz fikrini geniş ifadə edən partiya sədrinin səlahiyyətli nümayəndəsi ” Facebook” da status paylaşıb. Analoq.az həmin postu olduğu kimi təqdim edir :

Vətən Müharibəsi Qazisinin “villası”

Bu fotonu, Vətən müharibəsində zabit kimi iştirak edən Qulu Məmmədli paylaşıb. Görünən ev Astara rayonu, Səlivə kəndi
Vətən Müharibəsi Qazisi Məlik Nəhmət oğlu Məlikovun “villası”dır.

Həqiqətən biabırçılıqdır. Bura heç daxma da deyil. Bura heç bir canlının sığınmaması lazım olan sadəcə dörd divardır. Bu qədər harınlamış piyli qarınların görə bilmədiyi dörd divar. Hələ 18 yaşına çatanda o eyvanda heç nədən xəbərsiz baxan, uşaqlıq yaşamayan, yarı ac, yarı tox bu daxmada böyüyən, hər şeydən məhrum uşağı da gəlib aparacaqlar ki, vətənə borcun var.

Bu haqda deməyə söz yoxdur! Nəsə deməyə çalışsaq belə, sözlər çox aciz, cılız və mənasız görünər…

Astara Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev bəs nə işlə məşğul olur? Adam öz wikipediasında özünü dövlət xadimi kimi qeyd etdirib.
https://az.m.wikipedia.org/wiki/Q%C9%99z%C9%99nf%C9%99r_A%C4%9Fayev_(d%C3%B6vl%C9%99t_xadimi)
Cənab başçı sizin hansı fəaliyyətiniz var axı? Sizlər məgər həbs olunan icra başçılarından dərs almırsınız?!

Onlarla icra başçısı əməllərinə görə, sərt şəkildə cəzalandırılıb, vəzifələrini itiriblər və s. Amma deyəsən, görülən bu tədbirlər Qəzənfər Ağayevə dərs olmayıb. Özünüzü şah hiss etməklə, şah olunmursunuz!

Ümumiyyətlə cənub bölgəsində vəziyyət doğurdanda acınacaqlıdır. İş yerlərinin olmaması, icra başçılarım ilə bu bölgəyə laqeyd yanaşması insanları köç etməyə gətirib çıxarır. Ümid edirəm ki, yeni təyin olunan icra başçıları onlara göstərilən etimadı puç etməyəcək.

Aslan Həmidli
Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button