Dünya

Rusiya Kiyevi və daha üç vilayəti bombalayıb, ölən və yaralananlar var – YENİLƏNİB

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində də partlayışlar törədilib. Bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub.

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.

******

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib. Bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub.

V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

Partlayış nəticəsində ölən və yaralananların sayı barədə məlumatlar dəqiqələşdirilir.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Rusiyaya daha çox silah çatdırmağa ehtiyac var”.

UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button