Tanınmış iqtisadçı alimin Kanadada elmi məqaləsi dərc edilib
AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Yadigarov Təbriz Abdulla oğlunun 13-15 may 2020-ci ildə Kanadanın Vankuver şəhərində keçirilən “DÜNYA ELMİN İNKİŞAFININ DİNAMİKASI” adlı IX Beynəlxalq Elmi – Praktik Konfransında ingilis dilində “COVİD-19 pandemiyası dövründə Azərbaycanda milli gəlir bölgüsünün makroiqtisadi təsirlərinin ekonometrik qiymətləndirilməsi” (ECONOMETRIC ASSESSMENT OF MACROECONOMIC EFFECTS OF NATIONAL INCOME DISTRIBUTION IN AZERBAIJAN DURING THE COVID-19 PANDEMIC) mövzusunda elmi məqaləsi çap olunmuşdur (DYNAMICS OF THE DEVELOPMENT OF WORLD SCIENCE.
Abstracts of IX International Scientific and Practical Conference Vancouver, Canada 13-15 May 2020 Vancouver, Canada 2020.1142 p. On pages 237-247)
Məqalədə milli gəlirin bölgüsündə qeyri-bərabərliyə təsir edən amillər, həmçinin gəlirlərin qeyri-bərabərliyini xarakterizə edən göstəricilər üzrə Cini, Theil və Atkinson indeksləri üzrə metodolji məsələlər şərh edilməklə statistik məlumatlar əsasında Eviews proqram paketinin tətbiqi ilə Azərbaycan Respublikasında ÜDM-ə dövlət büdcəsi xərclərinin, Cini, Theil və Atkinson indekslərinin təsiri qiymətləndirilmiş və 2025-ci ilədək onların proqnoz qiymətləri verilmişdir.
Müəllif iqtisadi tarazlığın təmin olunması üçün gəlirlərin səmərəli bölgüsünün həyata keçirilməsinin aktuallığını qeyd edərək göstərmişdir ki, milli gəlirin bölgüsü ilə makroiqtisadi göstəricilər arasında əlaqənin optimal tənzimlənməsi mühüm iqtisadi əhəmiyyət daşıyır. Gəlirlərin artmasının qeyri-bərabərliyə təsiri mexamizmlərinə toxunan müəllif, innovativ texnologiyanın inkişafı amilinin ölkədə milli gəlirin həcmini artırmaqla, əhalinin məşğulluq və işsizlik arasında əlaqəsini müəyyənləşdirdiyini izah etməklə bırabər, Eviews proqram paketinin tətbiqi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2010-2019-cu illəri əhatə edən statistik məlumatlarına əsasən Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri, Cini indeksi, Theli indeksi və Azərbaycanda ev təsərrüfatları üzrə milli gəlirin bölgüsündəki qeyri-bərabərlik göstəriciləri üzrə Atkinson indeksləri ilə ÜDM-in səviyyəsi arasındakı asılılığın iqtisadi-riyazi modelini quraraq reqressiya analizi aparmış, eyni zamanda büdcə üzrə ÜDM-in illər üzrə qiymətləri və standart səhvləri, habelə qurulmuş modelin proqnoz məqsədi üçün istifadə edilməsinin bir sıra xarakteristikalarını qrafiki olaraq vermişdir.
Müəllifin hesablamalarına əsasən, Cini indeksinin 2025-ci ilədək proqnozlara görə COVİD-19 pandemiyiasının qlobal dünya iqtisadiyyatına təsiri ilə əlaqədar olaraq azalması hesabına, əhalinin gəlirləri üzrə qeyri-bərabərlik səviyyəsinin astana həddindən aşağı olacağı ehtimal edilir.
Analoq.az