Dünya

Fransa keçmiş qubernatorun Ermənistana ekstradisiyasından imtina edib

Fransa Ermənistanın Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı İrəvana ekstradisiya etməkdən imtina edib. Bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Fransa məhkəməsi Ermənistanın S.Xaçatryanın ekstradisiyası ilə bağlı tələbini rədd edib.

Qeyd edək ki, Sünik vilayətinin keçmiş qubernatoru 2019-cu ildən axtarışdadır. Onun barəsində qiyabi həbs qərarı çıxarılıb. S.Xaçatryan vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında, dövlətə ziyan vurmaqda ittiham olunur/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button