Siyasət

Hikmət Hacıyevdən erməni lobbisini narahat edən fransız jurnalistin süjeti ilə bağlı paylaşım – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın TF1 televiziya kanalı ilə bağlı paylaşım edib.

Bununla əlaqədar H.Hacıyev “Twitter” hesabında məlumat yayıb.

“Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, – deyə o bildirib.

Qeyd edək ki, Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.

Kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.

Nous condamnons fermement pressions et menaces proférées par lobby arménien contre les journalistes français de @TF1 pour avoir fait un reportage impartial sur l’agression armée de l’Arménie. Il s’agit d’une attaque contre le journalisme professionnel et la liberté d’expression. pic.twitter.com/IQ3WfS4LfN— Hikmet Hajiyev (@HikmetHajiyev)oxu.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button