Rəsmi

İlham Əliyev: Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq

Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq.

Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlət başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button