Aktual

İntiharlara səbəb nədir – İLAHİYYATÇI ŞOK FAKTLARI SÖYLƏDİ

Bir neçə gün öncə Göyçay rayonu, Ərəbcəbirli kənd sakini, 1988–ci il təvəllüdlü, üç uşaq anası Gülnar Yusifova yaşadığı evində özünü zəhərləyərək öldürüb.
Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Bu gün də Bakıda Dövlət Sərhəd Xidmətinin hospitalında intihar hadisəsi qeydə alındı. Əsgər Rzaquliyev Ramiz Xəqani oğlu özünü hospitalın damından ataraq öldürüb. Hələlik intiharın baş vermə səbəbi məlum deyil.

Ölkədə vüsət alan, bütün təbəqələrin insanlarının intihar səbəbləri mütəxəssislər tərəfindən araşdırımalı və tədbir görülməlidir. Belə getsə intiharlara görə, Ginnesin rekordlar kitabına düşmək üçün real namizəd bizim ölkədir.

Bu fikirləri Analoq.az–açıqlamasında.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan bu məsələ ilə bağlı öz fikirlərini bildirib.

İlahiyyatçı daha sonra qeyd edib ki, psixoloqlar, ilahiyyatçılar, məscid imamları digər mütəxəssislər son zamanlar artan intiharların qarşısını almaq üçün təbliğat, təşviqat aparmalıdırlar. Səbəblər araşdırılmalı, öyrənilməli və ciddi şəkildə bu məsələnin qarşısı alınmalıdır.
Ən təəssüfverici məqam da odur ki, intihar edənlərin demək olar ki, hamısı bu işin haram hesab edildiyi İslam dininə mənsub olan vətəndaşlarımızdır. Görünür, dinimiz də düzgün təbliğ olunmur. Hətta, ateist Sovet dövründə belə indiki qədər intiharlar olmayıb. Odur ki, psixoloqlarla yanaşı, həm də din xadimləri də mütəmadi olaraq, bu işin qarşısını almaq üçün çalışmalıdırlar.
Dinimizə görə, Allahın verdiyi canı, ancaq O, özü ala bilər. Hətta, evtanaziya belə İslamda haramdır. İntihar edənin böyük günah etdiyi təkidlə qeyd edilir mənbələrdə.

Bu məsələyə adi, sıradan bir durum kimi yanaşmaq vətəndaşların həyatına biganə qalmaqdır. İntiharların adiləşməsi mahiyyətcə dəhşətdir. Dövlətə, xalqa, cəmiyyətə pis örnəkdir. Zənnimcə, əsasən sosial durumun ağır olması, kasıblıq və bu səbəbdən də ailələrin dağılması, körpələrin ac qalmasıdır. Çıxış yolu tapmayan valideynlər intihar edirlər. Yaxud işgəncə, bezdiricilik insanların psixoloji vəziyyətini dözülməz həddə çatdırır.

“Fəqət bir dinşünas olaraq bu işin bütün hallarda haram olmasını qeyd etməliyəm. Ancaq bir iş də var ki, bütün insanlar inanclı deyil. Odur ki, dövlətin aidiyyatı qurumları, psixoloqlar, mütəxəssislər təcili hərəkətə keçməlidir. Səbəb sosial vəziyyətdirsə, dərhal problem aradan qaldırılmalıdır” deyə ilahiyyatçı qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button