Sağlamlıq

Avqust ayının sonlarında sürətlə virusa yoluxmağa başlayacaq

ABŞ-da oktyabr ayına qədər koronavirus səbəbilə minlərlə insan ölə bilır.Publika.az xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin nəzdindəki Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun araşdırmasında deyilir.

Məlumata görə, pandemiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər aradan qaldırılsa, 180 min insan virusa yoluxaraq ölə bilər. Lakin amerikalıların 95%-i qoruyucu maskalardan istifadə edərsə, bu rəqəm 146 minə düşə bilər.

“Röyters”in xəbərinə görə, institutun direktoru Xristofer Mörri verdiyi açıqlamada bu sözləri deyib: “Ştatlar açılsa belə, ABŞ, şübhəsiz, avqust ayının sonlarında sürətlə virusa yoluxmağa başlayacaq və sentyabr ayında böyük bir pandemiya ilə boğuşacaq”.

Son rəqəmlərə görə, ABŞ-da son sutka ərzində 36 minə yaxın yeni yoluxma qeydə alınıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button