Son dəqiqə

Həsən Bəy Zərdabi irsinin təbliği məqsədilə beynəlxalq və yerli online videokonfransların təşkili uğurla və effektiv davam etdilir-FOTOLAR

28 iyun – 5 iyul tarixlərini əhatə edən həftə çərçivəsində Həsən Bəy Zərdabi irsinin təbliği məqsədilə beynəlxalq və yerli online videokonfransların təşkili uğurla və effektiv davam etdilir.

Öncə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri Seymur Bayramov layihə haqqında məlumat verib və Həsən Bəy Zərdabi həftəsi haqqında iştirakçıları məlumatlandırıb.

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri Seymur Bayramovun Qanunla.Az-a açıqlamasında bildirib ki,bu günə qədər artıq dört videokonfrans baş tutub. İlk videokonfrans 29 İyunda “Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”nun facebook səhifəsində baş tutub.

Videokonfrans gənclər təşkilatları ilə keçirilib. “Həsən Bəy Zərdabi İrsinin və Milli mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda konfrans zamanı gənclərimizin sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti müzakirə olunub və gələcək yeni və innovativ fəaliyyət metodları təklif edilib.

İkinci onlayn konfrans isə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə), Azərbaycan Maarifçilər Assosasiyası, Azxeber.com İnformasiya Agentliyi, Press.az, Diasporpress.az İnformasiya Mərkəzi, Zerdab.com, Qanunla.Az Informasiya Agentliyi, Milli QHT Forumunun birgə təşəbbüsü ilə 30 iyunda keçirilib.
“Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin və milli mənəvi dəyərlərin qorunmasında mətbuat və sosial şəbəkənin rolu” mövzusunda keçirilən onlayn konfransda Azərbaycan və Türkiyə millət vəkilləri, gənclər təşkilatları, ziyalı və QHT-lər iştirak edib.

Konfrans zamanı Türkiyənin Karaman şəhərində Həsən Bəy Zərdabi parkının salınması, irsin innovativ və sosial şəbəkə vasitəsi ilə geniş təbliği, bir neçə dillərdə saytın yaradılması təklif olundu. Türkiyənin universitet və qeyri-hökümət təşkilatlarının Həsən Bəy Zərdabi irsi haqqında məlumatlandırılacağı və təbliğ olunacağı təklif olundu.

Konfrans iştirakçıları Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamasını vurğulayaraq bu sərəncamın ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsi olduğunu qeyd etdilər.

Layihə çərçivəsində 02 İyul 2020-ci il tarixdə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov, Həsən Bəy Zərdabi nəslinin davamçısı iqtisadçı alim Nüsrət Məlikov, Zərdab rayonu ziyalısı tarixçi “Əməkdar Müəllim” Ömər Tarverdiyev, “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, Nigeriya, Ukrayna, Rusiya, İspaniya, Almaniya, Polşa, Belçika, və Fransada fəaliyyət göstərən diaspora təşkilatının rəhbərləri, media və informasiya agentliklərinin nümayəndələrinin iştirakı ilə “Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin, milli mənəvi dəyərlərin qorunmasında və təbliğində Azərbaycan diaspora təşkilatlarının rolu” mövzusunda onlayn konfrans həyata keçirildi.
Daha sonra konfrans iştirakçılarını salamlayan Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva konfransda iştirak etdikləri üçün bütün qonaqlara təşəkkürünü bildirərək diaspora təşkilatlarının rəhbərlərinin iştirakını xüsusi sevinclə qaşılayaraq irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində onların xüsusi əhəmiyyəti və rolunu qeyd edib.

Millət Vəkili Elnur Allahverdiyev Həsən bəy Zərdabinin yalnız milli mətbuatımızın banisi kimi deyil eyni zamanda da maarifçilik hərəkatınının, cərəyanının təşəbbüskarı, imperiya şəraiti və texniki imkanların məhdud olduğu bir şəraitdə türk dünyası və islam dünyasının ilk qəzetini çap etdirməsi xalqımızın talehində fövqəladə hadisənin səbəbkarı və şərəfli missiyanın əsasını qoyan bir şəxs kimi qiymətləndiriyini qeyd etdi.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov iştirakçıları salamlayaraq layihənin xüsusi əhəmiyyəti haqqında fikirlərini bildirmiş və Həsən Bəy Zərdabinin əslində demokratik dəyərlərin xalqımızın mental dəyərləri kimi formalaşmasında müstəsna xidmətlərinin olduğunu qeyd etmişdir.

Həsən Bəy Zərdabi dəyərlərinin, bu günümüzə, dəyişən və qloballaşan, informasiya texnologiyalarının inkişafı dövrünə qədər gəlib çıxması onun ideologiyasının saflığı, gücü və mütəşəkkilliyinin sübutudur. Zərdab rayonundan qatılan ziyalı və tarixçilər Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Konfrans diaspora təşkilatının rəhbərlərinin müzakirələri ilə, təkliflərinin təqdimatı ilə davam etdirildi.

Təbliğat və irsin dünya miqyasında təqdim olunması daha yeni metodlar vasitəsi ilə, dünya dillərinə tərcümə olunaraq yayımlanması, dünyada fəaliyyət göstərən Azərbaycanlı yazarların qələmi ilə yazıların yazılması və yayımlanması çox müsbət nəticələnəcəyi qeyd olundu. Həsən Bəy Zərdabi həyat və yaradıcılığının geniş şəkildə təbliği istiqamətində filmin çəkilişi və dünya mətbuatında onun haqqında informasiyaların yayımlanması təklif olundu.

İrsimizin və milli mənəvi dəyərlərimizin parallel şəkildə yetişməkdə olan gələcək nəsillərə təbliğ olunması, dəyərlərimizin qorunmasında çox mühim və effektiv üsullardan istifadə olunması təşəbbüsləri irəli sürüldü. Bütün iştirakçılar Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamasını yüksək qiymətləndirərək, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin qorunması, dünya müstəvisində təbliği və ölkəmizin müsbət imicinin yaradılması istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında fikirlər səsləndirildi.

“İş qadınlarına dəstək” İctimai Birliyi, Avrasiya Ekonomik İlişkiler Derneği” (Türkiyə), “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “Azərbaycan Maarifçilər Assosiasiyası”, AZXEBER.COM İnformasiya Agentliyi, Press.az, Diasporpress.az İnformasiya Mərkəzi, Zerdab.com, Qanunla.Az İnformasiya Agentliyi, Milli QHT Forumunun birgə təşəbbüsü ilə 03 iyul “Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin, milli mənəvi dəyərlərin qorunmasında və təbliğində Azərbaycan Qeyri-hökümət təşkilatlarının rolu” mövzusunda onlayn konfrans təşkil olundu.

“Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”nun rəhbəri Bayramov Seymur həftə ərzində keçirilən görüşlərin qısa icmalını və qeyri-hökümət təşkilatlar ilə bu istiqamətdə görüləcək birgə layihələrin təkliflərini təqdim etdi. Millət Vəkili Jalə Əliyeva irisimizin və milli mənəvi dəyərlərimizin təbliğində həmrəylik nümayiş etdirən təşkilat rəhbərlərinə minnətdarlığını bildirdi. Nəslin nümayəndəsi iqtisadçı alim Nüsrət Məlikov bu təşəbbüsdə əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

“İş Qadınlarına Dəstək” İB-nin sədri Vəfa Muradzadə həm təşkilat rəhbərlərinin həm də iş adamlarının bu istiqamətdə birgə işlər görməsinin əhəmiyyətini vurğulayaraq Həsən Bəy Zərdabinin adının əbədiləşdirilməsi məqsədi ilə həm yerli həm də beynəlxalq miqyaslı təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd edib.

Milli QHT Formunun prezidenti Rauf Zeyni vətəndaş cəmiyyəti institutunun, ilk təşkilatlanma dəyərlərinin əsasının məhz Həsən Bəy Zərdabinin qoyduğunu qeyd etdi. Azərbaycan Kənd Qadınları Assosasiyasının sədri Gülbəniz Qəmbərova, “Azad həmfikirlər” gənclərin maarifləndirliməsi İB-nin sədri Samirə Mustafayeva, Vətəndaşların sosial rifahı naminə İB-nin sədri İradə Rzazadə, “Yeni Həyat” humanitar İB-nin sədri Nailə İsmayılova, Mirzə Ələkbər Sabir Fondunin sədri Sevda Tahirli, Gəncliyə dəstək İctimai Birliyinin sədri Vəfa Xəlili, Qerb Resurs İctimai Birliyinin sədri Ramil Göyüşov irsin təbliğində əməkdaşlıq mühitində birgə uğurlu layihələrin keçiriləcəyini qeyd etdilər.

Zərdab rayonundan qatılan Vüqar Rəhimov və Süleyman Tarverdi Zərdab rayonunda da silsilə tədbirlərin keçirilməsini arzu etdilər. Həftə ərzində səsləndirilən bütün təklif və təşəbbüslər yekun olaraq fəaliyyət planına əlavə olunaraq layihənin davamının Zərdab rayonunda da, həyata keçiriləcəyi haqqında məlumat verildi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button