Sağlamlıq

Bu adamlarda koronovirusa yoluxma riski azdır

Deyirlər, bu virusa yoluxan qalmayacaq. Amma 1 ildən yuxarı pandemiya dövründə elə insanlar oldu qorunaraq, evin içindəcə yoluxdu, elələri də oldu ətrafında xəstə ola-ola, özü risk zonasında olsa da virusua yoluxmadı.

Necə olur ki, bəzi insanları virus sanki görməzdən gəlir. Nədir bu insanları fərqləndirən? Analoq.az Medicina.az-a istinadən xəbər verir ki, Avropa virusoloqları nəhayət ki, bu sualın cavablarını tapıb. Onların sözlərinə görə, yer kürəsi əhalisinin təxminən 50%-i koviddən müdafiə effektinə malikdir.

Bu nə deməkdir?

Professor Dora Pintanın komandası bu müdafiənin bir neçə səbəbini tapıb:

– Koronavirusdan öncəki epidemiyalarda, geniş yayılmış viruslara – məsələn quş, donuz, Ebolaya yoluxmuş insanlarda, eləcə də 2003-cü ildə Çində yayılmış TOPC virusuna yoluxanlarda koronavirusa qarşı immunitet ola bilər. Bu viruslar oxşardır

Avropa virusoloqları nəhayət ki, bu sualın cavablarını tapıb. Onların sözlərinə görə, yer kürəsi əhalisinin təxminən 50%-i koviddən müdafiə effektinə malikdir.
Hüceyrə daxili müdafiə

Koronavirus yeni virus deyil və çoxdan Yer üzündə var. Alimlərin sözlərinə görə, mövsümi virus xəstəlikləri içində koronavirus da zaman-zaman olub. Orta statisti rəqəm götürsək, 50% əhali artıq koronavirusu bədənindən keçirib. Düzdür bu indiki Covid nöcü olmasa da, hər halda eyni təbiətli virusdur. Ona görə bu adamlar indi virusa yoluxmaya bilər.

Almaniyada keçirilmiş bir tədqiqatda 1000-dən yuxarı insanın üzərində aparılmış analizlər göstərdi ki, bu adamların 30%-də koronavirusa qarşı immunitet vardı. Baxmayaraq ki, onlar hələ virusa yoluxub xəstələnməmişdilər.

T –hüceyrələr

Bu hüceyrədaxili immunitetdir. T hüceyrələr virusu tanıyır və xatırlayır. Bu hüceyrələr C4 – CD8 adlanır. Kimdə bu hüceyrələr varsa, onlarda koronavirusa qarşı güclü immun cavab var. Məsələn, indi yoluxanların içində T hüceyrələri aktv olanlar, 7 il ərzində bu virusa qarşı immunitet qazanmış olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button