Dünya

Lula da Silva və Bolsonaru Braziliyada prezident seçkilərinin ikinci turuna yüksəliblər

Braziliyanın keçmiş lideri Luis İnasiu Lula da Silva və hazırkı dövlət başçısı Jair Bolsonaru oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

Analoq.az xəbər verir ki, oktyabrın 2-də keçirilmiş seçkilərin birinci turundan sonra ölkə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) internet saytında dərc edilmiş elektron seçki qutularının protokollarının 97,45 faizinin hesablanması buna sübutdur.

Braziliyanın eks-prezidenti, 2003-2010-cu illərdə Cənubi Amerika respublikasına rəhbərlik etmiş Lula da Silva 47,95 % səs toplayıb. Onu 55 milyondan çox insan dəstəkləyib. Bolsonaru 43,62 % səs toplayıb, 50 milyondan çox insan ona səs verib.

Ali Seçki Məhkəməsinin məlumatına görə, qeydiyyatdan keçmiş 156 milyondan çox seçicidən təxminən 32 milyonu səsverməyə gəlməyib.

Beləliklə, Lula da Silva və Bolsonaro oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

Oktyabrın 2-də Braziliya seçiciləri prezidenti, əyalət qubernatorlarını, senatorların üçdə birini, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarını seçiblər. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, ikinci tur oktyabrın sonlarında keçiriləcək/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button