Dünya

Şeytana atılan daşlar strelizə ediləcək

Səudiyyə Ərəbistanı ənənəvi olaraq hər il Həcc ziyarətinə gedən bir qrup müsəlman hacıya ev sahibliyi edib.Bu il, ölkənin yaxın keçmiş tarixində ilk dəfə olaraq, koronavirusun yayılması səbəbiylə zəvvarların sayı məhdudlaşdırılıb və yalnız 10 min Səudiyyə vətəndaşı və ölkədə yaşayan xarici zəvvarların Həcc ziyarətinə icazə verilib.

Keçən il Həcc ziyarətinə gələnlərin sayı 2,5 milyon idi və ənənəvi olaraq bu zəvvarların böyük bir qismi dünyanın digər yerlərindən gələn müsəlmanlar idi.

Bu il xarici KİV nümayəndələri də Həcc ziyarətinə buraxılmır. Səudiyyə Ərəbistanında koronavirusua yoluxanların sayı bazar ertəsi günü təxminən 270 minə, qurbanlarının sayı 2760-a çatıb. Bu səbəbdən Səudiyyə Ərəbistanı Həcc ziyarətini məhdud şəkildə həyata keçirir.

Rəsmi Riyad maskalardan istifadənin bütün zəvvarlar üçün məcburi olduğunu açıqlayıb. Zəvvarlar keçən həftə sonlarından bəri tədricən Məkkəyə daxil oublar.

Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin açıqladığı sənədə görə, zəvvarların hər birinə həcc mərasimi üçün sterilizasiya edilmiş daşlar, dezinfeksiyaedici maddələr, bir sıra maskalar həmçinin paltar dəsti verilib.

Hökumət, zəvvarların sağlamlıq ehtiyaclarına ən qısa müddətdə cavab vermək üçün bir çox sağlamlıq mərkəzləri, səyyar klinikalar və təcili yardım maşınlarını gözləmə rejiminə keçirdiyini açıqlayıb.

Dini turizm Səudiyyə Ərəbistanı üçün ildə təxminən 12 milyard dollar gəlir gətirir.Mənbə Tabnak

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button