Manşet

Putinin sevgilisi İsveçrədə gizlənir – ŞOK MƏLUMATLAR

Rusiyanın Milli Media Qrupunun direktorlar şurasının sədri Alina Kabayeva uşaqları ilə birlikdə İsveçrədəki villasında gizlənir. Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva ilə bağlı deyilənlərə artıq İsveçrə tərəfi də reaksiya verib.

Bir zamanlar Vladimir Putinlə adı hallanan, hətta onun sevgilisi olduğu iddia edilən Alina Kabayevanın İsveçrədə gizləndiyinə dair heç bir sübut olmasa da, onun deportasiyası üçün İsveçrə hökumətinə çoxsaylı müraciətlər ünvanlanır.

Xatırladaq ki, 38 yaşlı Alina Kabayeva keçmiş olimpiya gimnastı və qızıl medalçıdır. O, Putinlə münasibətinə görə dəfələrlə dünya mediasının gündəminə çevrilib. Kabayeva və Putinin birgə övladlarının olması ilə bağlı iddialar illərdir səslənsə də, bu məsələ rəsmi təsdiqini tapmayıb.

“Rusiyanın ən çevik qadını” adlandırılan Kabayevanın Ukrayna müharibəsi başlayandan qısa müddət sonra İsveçrədəki şəxsi dağ evinə göndərilməsi xəbəri dünya mətbuatında geniş əks-səda doğurub. Rusiya prezidenti Putin və keçmiş gimnast indiyə qədər yalnız bir neçə dəfə birlikdə görüntüləniblər. Kabayeva ictimai yerlərdə nadir hallarda görünür. O, sonuncu dəfə ötən ilin dekabrında Moskvada keçirilən gimnastika turnirində media qarşısına çıxıb.

Bir çox insan sosial şəbəkələrdə İsveçrə hökumətinə petisiya və ya çağırışlarla müraciət ünvanlayaraq Kabayevanın deportasiyasını tələb edib. Change.org saytında alman, fransız və ingilis dillərində dərc olunan petisiya ilə başlayan kampaniya indiyədək 55 min imza toplayıb.

“Biz indi böyük əziyyət çəkən mülki şəxslər üçün birləşirik və İsveçrə səlahiyyətlilərinə müraciət edirik”,- sözləri ilə başlayan petisiyada aşağıdakı ifadələr yer alıb:

“Rusiyanın siyasi və media xadimi Alina Kabayevanın Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların nəticələrindən xilas olmaq üçün İsveçrədə gizləndiyini öyrəndik. İsveçrə müasir tarixində ilk dəfə faşist Almaniyasına qarşı belə etmədiyi neytrallığını pozdu və Putinə qarşı sanksiyalara qoşulmağa qərar verdi. Bəs niyə indi Putinin sevgilisinə öz sərhədləriniz daxilində gizlənməyə icazə verirsiniz? Mövcud müharibəyə baxmayaraq, İsveçrə Putin rejiminin şərikinin evi olaraq qalır. İsveçrə böyük qeyri-müəyyənlik dövründə Putin rejimindən faydalananlara qarşı daha sərt olmalıdır”.

Müraciətdə Putini “Hitler” adlandıraraq deportasiya çağırışı təkrarlanır və “Artıq Eva Braunu fürerinə qovuşdurmağın vaxtıdır”,- ifadəsi də yer alır.

Qeyd edək ki, A. Kabayeva Rusiyanın media nəhəngi olan Milli Media Qrupunun direktorlar şurasının sədri olub. Rusiya hökuməti ilə yaxın münasibətdə olan şirkətdən 8 milyon funt-sterlinq maaş alan Kabayevanın Qərbin sanksiyalarına məruz qalmaması diqqət çəkir.Reyting.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button