GündəmManşet

Daxili İşlər Nazirliyi uşaqların təhlükəsizliyi üçün valideynlərə müraciət etdi

"Övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin"

Daxili İşlər Nazilriyi valideynlərə müraciət ünvanlayıb. Analoq.az xəbər bildirir ki, müraciət uşaqların təhlükəsizliyi üçün nəzərdə tutulub.
Müraciətdə deyilir: “
Valideynlərin diqqətinə!
– Uşaqlarınızın internet asılısı olmaması üçün aşağıdakılara əməl edin:
– Övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
– Günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
– Övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
– Övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
– Övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirməkləri üçün planlar qurun.
Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!”
Analoq az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button