Hadisə

Rusiyalı oliqarx Britaniyada meyidi tapıldı

Rusiyalı oliqarx Mixail Uotford Böyük Britaniyadakı malikanəsinin qarajında asılmış vəziyyətdə aşkar olunub.
Bu barədə məlumatı “Daily Mail” yayıb. Ukraynada dünyaya gələn 66 yaşlı Mixail Uotfordun adı əvvəllər Mixail Tolstoşeya olub.

Neft-qaz sahəsindən qazanc əldə edən iş adamı daha sonra Britaniyaya köçüb, vətəndaşlığını və adını dəyişib. Polis əməkdaşları Uotfordun ölümündə hər hansı şübhəli cəhətin olmadığını hesab edirlər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button