Hadisə

Bakıda binada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button