Siyasət

Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Polşa və Estoniya Gimnastika Federasiyaları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində iştirakdan imtina edib. Qərar Rusiya və Belarus nümayəndə heyətlərinin toplantıya qəbul olunacağı üçün verilib.

Daha əvvəl Norveç və Ukrayna da FIG Konqresini boykot etdiklərini açıqlayıb.

Qeyd edək ki, Konqres 11-12 noyabrda Türkiyənin İstanbul şəhərində keçiriləcək. FIG martda Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya idmançılarının turnirlərdə iştirakını qadağan edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button