Siyasət

“Bizi və üzvlərimizi situmulaşdıran faktorlardan ən böyüyü maliyyələşdirmə faktorudu”-PARTİYA SƏDRİ

Milli Cəbhə Partiyasının sədri ,millət vəkili Razi Nurullayev “Müsavat tv” – nin canlı efirində bildirib ki, partiyanın ad məsələsinin dəyişilməsində bizi və üzvlərimizi situmullaşdıran faktorlardan ən böyüyü maliyyələşdirmə faktorudur.

Siyasi partiyalar haqqında qanunun müddəalarına görə partiyamıza maliyyə büdcəsi ayrılacaq. Onu da qeyd edim ki, bir partiya kimi qeydiyyata alınsaq parlament partiyasına çevriləcəyik.

Partiyalara ayrılan maliyyənin məbləği bildiyim qədər illik 135.000 min manatdır. Orta hesablamayla ayda 13.000 min manat pul edir. 13.000 min manatla da təbii ki, partiya saxlamaq mümkün deyil.

Partiya sədri çıxışında daha sonra bildirib ki, Azərbaycanın rayonlarında partiyanın idarə heyəti, üzvləri var. Amma istənilən halda partiyanı ayaqda tutmaq, müəyyən işləri görmək üçün çox böyük bir dəstəkdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button