Ölkə

Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş tədbir keçirilir

Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiya keçirilir.

Analoq.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Caspian Energy Club”ın (CEC) sədri və baş icraçı direktoru Telman Əliyev açıb.

Daha sonra isə CEC-in İdarə Heyətinin üzvü Avni Dəmirçi çıxış edib və bildirib ki, hər iki ölkə arasında münasibətlər 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra ən yüksək səviyyəyə çatıb.

A.Dəmirçi tədbirin iki paneldən ibarət olacağını qeyd edib: “Birinci paneldə Azərbaycan və Türkiyənin iş adamlarının birgə fəaliyyəti, ikinci paneldə isə hər iki ölkənin biznesmenlərinin 3-cü ölkə bazarlarında bərabər iş imkanları müzakirə olunacaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button