Ölkə

“Gəncə terrorunu törədənlər müəyyən olunub” – Baş prokuror

“Gəncə terrorunu törədənlər müəyyən olunub və axtarışa verilib”. Bunu Gəncəyə səfər edən baş prokuror Kamran Əliyev bildirib.

O, Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gedib, həlak olan dinc sakinlərin xatirəsini anıb.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan döyüş bölgəsindən təxminən yüz kilometr uzaqda olan Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub. Nəticədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 dinc sakin həlak olub, 32-i uşaq olmaqla 175 nəfər yaralanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button