Ölkə

Səfir: Azərbaycan və Pakistan çətin zamanlarda bir-birinin yanında olub

Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur.Analoq.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, iki ölkə arasında münasibətlərin tarixi kökləri var.

“Ölkələrimiz çətin zamanlarda, böhran anlarında hər zaman bir-birinin yanında olub. Biz Azərbaycan hökumətinə Cammu və Kəşmir münaqişəsinin BMT-nin qətnamələri əsasında həll olunması ilə bağlı verdiyi ardıcıl dəstəyə görə təşəkkür edirik”, – diplomat vurğulayıb.

Səfir çıxışında iki ölkə arasında ticarət əlaqələrinə də toxunub. O deyib ki, son iki ildə Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb.

“Azərbaycan ərazilərini işğaldan azad etdiyi vaxtda biz iqtisadi əməkdaşlığımızı şaxələndirməyə və dərinləşdirməyə hazırıq”, – Pakistan rəsmisi vurğulayıb.

Bilal Hayee Pakistanın Baş nazirinin ötən ilin yayında Azərbaycana səfərini xatırladıb və deyib ki, bu səfər zamanı Baş nazir əməkdaşlığın dərinləşməsinə marağını ifadə edib və bu, xüsusilə enerji sahəsində əməkdaşlığa aiddir.

“Münasibətlərimiz yalnız rəsmi, hökumətlərarası səviyyədə deyil, xalqlarımız arasında da münasibətlər çox yüksək səviyyədədir”, – səfir əlavə edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button