Ölkə

Vətəndaşa maddi ziyan vuran iki məmur saxlanıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iki əməkdaşı tutulub. Bunlar Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlu və Kazımov Zakir Mahmud oğludur. Hər iki şəxs bir sıra iş adamına vergi ilə bağlı himayədarlıq etmək adı ilə 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul vəsaitini rüşvət qismində alıblar. Hər iki şəxs 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə həbs ediliblər. Xidmətdə daha kimlərin bu işlə məşğul olması araşdırılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button