Ölkə

Sağlam Ailə modeli təbliğ olundu – FOTO

Bu gün Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ailə dəyərləri və valideyn məsuliyyətinin vəhdəti saglam ailənin təməlidir” adlı dəyirmi masaların təşkili layihəsinin növbəti tədbirini Masallı rayonunda reallaşdırıb.

Təşkilatın rəhbəri Novella Cəfərovanın analoq.az– a verdiyi məlumata görə, layihənin məqsədi sağlam cəmiyyət qurmaq üçün valideyn məsuliyyətinin artırılması yolu ilə ailə dəyərlərinin qorunmasına nail olmaqdır.

Dəyirmi masada bu mövzuda iştirakçılara məlumat verilib, sonra müzakirələr aparılıb.

Tədbirdə hədəf qrupu (zorakılıq qurbanları və onların yaxınları), yerli icra hakimiyyəti, bələdiyyə və icma nümayəndələri, fəal qadınlar, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ailədə əxlaqi, milli mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsinin nə qədər zəruri olduğunu qeyd edib, ailə institutunun sağlamlaşmasına kömək etməyin vacibliyi qeyd olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button