AktualManşet

Polislər “KİA” markalı avtomobildə qanunsuz daşınan silah və sursat tapdılar

Əvvəllər məhkum olunmuş Murad Həsənovun aşkarlanan silahlarla hər hansı bir cinayət əməlini törədib-törətməməsi araşdırılır

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənov idarə etdiyi “KİA” markalı avtomobillə saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı salondan bir ədəd idman silahı və həmin silaha aid bir ədəd patron, bir ədəd ov bıçağı və bir ədəd “beşbarmaq” adlanan soyuq silah, yük yerindən isə bir ədəd lüləsi kəsilmiş ov silahı və həmin silaha aid üç ədəd patron aşkar olunaraq götürülüb.
Nəzarət qaydasında saxlanılan “KİA” markalı avtomobilin sürücüsü polisin onun avtomobilinə baxmaması üçün 17 yalan deyib. Görüb alınmır, telefonu çıxararaq polisi çəkməyə başlayıb – “siz məndən rüşvət istəyirsiniz, bütün dünya bilsin….”, deyə bunu sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Görüb yenə nəticə yoxdur, deyib, ova gedirəm…
Dindirilmə zamanı M.Həsənov silahların ona məxsus olduğunu və gizlətmək məqsədilə Balakən rayonundan Abşerona, yaşadığı evə apardığını etiraf edib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin şəxsin aşkarlanan silahlarla hər hansı bir cinayət əməlini törədib-törətməməsi araşdırılır. Əgər bu şəxsin əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button