Ölkə

Bu gün İlham Əliyevin yenidən prezident seçilməsindən üç il ötür

Bu gün İlham Əliyevin yenidən prezident seçilməsindən üç il ötür. Böyük üstünlüklə buna nail olan Cənab Ali Baş Komandan özünə olan etimadı doğruldaraq, Azərbaycanı daha da müstəqil və mütərəqqi inkişafını öz liderliyi ilə möhkəmləndirdi. İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyimizi bildirmişdi.

Düzgün siyasi strategiya, güclü iqtisadiyyat, ağıllı liderlik bacarıqları və bu kimi müsbət dəyərlər vasitəsilə ilə biz buna 2020-ci ildə nail ola bildik.

Öz legitimliyini yüksək faiz etibarı ilə qoruyan prezident İlham Əliyev Xarici siyasətdə də kifayət qədər uğurlar əldə etdi. Hal-hazırda Beynəlxalq səviyyədə Azərbaycanın öz ağırlığı və siyasi çəkisi mövcuddur.

Fuad Qarayev
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button