Gündəm

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə

Ermənistanın müdafiə naziri Suren Papikyan respublikanın cənub-qərb sərhədinə səfər edib.Bu barədə informasiyanı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Papikyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini icra edən Kamo Koçunts, Baş Qərargahın bir sıra yüksək vəzifəli şəxsləri müşayiət edib.

Səfər zamanı nazir cəbhə xəttinin təchiz edilməsi və texniki vasitələrlə təmin edilməsi işləri ilə tanış olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button