Ölkə

“Mehriban Əliyevanın müraciəti operativ və adekvat oldu” – DEPUTAT

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman Azərbaycan cəmiyyətini narahat edən taleyüklü məsələlərə operativ və adekvat reaksiya verib”.Bunu KONKRET.az–a danışan deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, sonuncu müraciətdə bir çox vacib məqamlar və tövsiyələr əksini tapıb: “Hazırkı dönəmdə xaricdə yaşayan azərbaycanlılara belə bir müraciətin ünvanlanması xüsusi əhəmiyyət daşıyır. Xaricdə yaşayan hər bir azərbaycanlı bu çağırış və tövsiyələrə əməl etməli, təxribata uymamalıdır. Təəssüf ki, son günlər ermənilər azərbaycanlılara qarşı hər zaman olduğu kimi bu dəfə də növbəti vəhşilik və aqressiya nümayiş etdirdilər. Bu kimi halların baş verməsi Azərbaycan cəmiyyətində ciddi hiddət və narahatlıq doğurur. Eyni zamanda, ermənilərin həqiqi mahiyyətini ifşa edir. Bu millətin bacardığı ən yaxşı iş terror və qətldir. Onlar dəfələrlə azərbaycanlılara qarşı bu bədnam əməlləri törədiblər”.

Deputat qeyd edib ki, son baş verən hadisələrə beynəlxalq qurumlar mütləq reaksiya verməlidirlər: “Azərbaycanda baş verən kiçik bir hissəni böyüdən bu beynəlxalq qurumlar əgər obyektivdirlərsə, bu məsələyə də ədalətli münasibət bildirəcəklər. Biz bunu onlardan gözləyirik. Etməsələr, növbət dəfə qeyri-obyektv olduqlarını, reallıqlara iki standartlarla yanaşdıqlarını nümayiş etdirmiş olacaqlar. Bu reaksiyanı xüsusilə Azərbaycana qərəzli mövqeləri ilə seçilən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından gözləyirik. Bu qurumlar Azərbaycana qarşı hər zaman qərəzli olublar.

Eyni zamanda, xaricdə yaşayan vətəndaşlarımız da diqqətli olmalıdırlar. Heç kimə yürüşlərdə tutacaq yer verməməlidirlər. Təmkin və soyuqqanlılıqlarını qorumalıdır. Azərbaycan bütün zorakılıq tördənlərin məsuliyyətə cəlb edilməsi üçün həm diplomatik missiyalar, həm də hüquq-mühafizə orqanları vasitəsilə müraciətlər ünvanlayıb. Əminik ki, bütün qanun pozuntularına hüquqi qiymət veriləcək, günahkarlar tapılaraq cəzalandırılacaqlar. Bizim işimiz ermənilərdən fərqli olaraq haqq işidir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button