Ölkə
Yeni Təhsil Naziri təyin edildi
Analoq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin.
Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]