Ölkə

Tükiyənin Şuşada baş konsulluğu açılacaq

“Mənə görə, bir il içərisində kommunikasiya işlərinin də başa çatdığı vaxtdan etibarən Şuşaya gediş-gəliş daha da asanlaşacaq. Prezident İlham Əliyev qarşıdakı il buraya çox böyük məbləğdə vəsait ayıracaqlarını söylədi. Bizim podratçı türk şirkətlər də “əgər planlar həyata keçərsə, bu işləri 1-1,5 ildə başa çatdırarıq” deyirlər”.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

Gündəlikdə duran digər məsələlər, o cümlədən Türk Dövlətləri Təşkilatının perspektivləri, qarşıda duran digər məsələlər və s. barədə fikir və düşüncələrini bölüşən Türkiyənin dövlət başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdəki fundamental tikinti-quruculuq işlərinə yüksək dəyər verərək, avtomobil yolları ilə bərabər, dəmir yolu layihələrinin də olduğunu xatırladıb: “Tezlikə bu layihələr başa çatdırılacaq. Ondan sonra Şuşanın daha rahat yolu açılmış olacaq. Bununla da istər yerli, istərsə də xarici turistlərin səfərləri ilə bu ərazilərdə həyat başlayacaq. Şuşa bu sahədə Azərbaycanda ən cəlbedici məkandır. Əminəm ki, Prezident İlham Əliyevin tapşırığı ilə burada yeni obyektlər tikiləcək və Şuşa daha da gözəl məkana çevirəcək. Çünki bu məsələdə atılması vacib olan addımlar var. Həqiqətən də, Prezident İlham Əliyev bu məsələdə çox israrlıdır. Qısa zamanda inşa edilən binalarla bu ərazilərə həyat gəlib. Şuşada tikiləcək hotellər isə oranı bir cazibə mərkəzinə, cəlbedici yurda çevirəcək. Biz də Şuşada baş konsulluq açacağıq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button