Siyasət

“Amnesty International” bu dəfə İsraili hədəfə aldı ANALİTİK+ŞƏRH

“İsrail aparteidi fələstinlilərə qarşı” adlı hesabat qərəzli və şantaj xarakterlidir, üstəlik, erməni lobbisinin izlərini də inkar etmək olmaz!

Azərbaycan ictimai-siyasi rəyinə çoxdan tanış olan və əsasən də qərəzləri, çər-böhtanları ilə yadda qalan “Amnesty International” təşkilatı bu dəfə İsraili hədəfə alıb və buradakı məqsədin heç də xoşməramlı olmaması bəri başdan görünməkdədir. Əsasən də “İsrail aparteidi fələstinlilərə qarşı” ifadəsi fonundakı ittiham xarakterli hesabat özündə heç bir reallığı, gerçəkliyi ümumiyyətlə əks etdirmir.

Yeri gəlmişkən, artıq İsrailin xarici işlər nazirliyi sözügedən hesabatı dırnaqrarası adlandırıb və bəyan edib ki, burada ölkənin siyasəti hədəfə alınarkən, “Amnesty International” özünün açıq-aydın antisemit münasibətini ifşa edib. Yəni, yalnız İrail dövləti və hökuməti deyil, həm də bütövlükdə yəhudi cəmiyyətinə qarşı hücum olunub. “Hesabat birbaşa “yəhudi ekspansiyası” ya da “yəhudilərin demoqrafik hegemoniyası” ifadələri fonunda əks olunur”, deyə XİN-nin bəyanatında vurğulanıb.

Beləliklə, məlum olur ki, sən demə dünya və bəşəriyyət üçün təhlükə mənbəyi məhz İsrail dövlətiymiş (?!). Bu ərəfələrdə o da bəlli olub ki, İsrail sözügedən qərəzli hesabatın hazırlanaraq yayılmaması üçün müəyyən cəhdlər göstərsə də həmin cəhdlər uğursuz olub. Hətta ABŞ-ın bir sıra yəhudi təşkilatları, diaspora nümayəndəlikləri də “Amnesty International”ın qərəzinə qarşı hiddətli tənqidlərlə çıxış ediblər. Lakin təəssüf ki, bu məsələ ictimailəşdirildi və belə bir situasiya yarandı. Bu baxımdan, Amerikanın yəhudi cəmiyyətinin qəbul etdikləri birgə bəyanatında da vurğulanır: “Hesabat əsassız obrazda bir hədəf üzərində fokslaşır: yəhudilərin İsrail dövlətini və onun demokratikliyini legitimsizləşdirmək və bədheybətli göstərmək”.

İsrailin XİN başçısı Yair Lapid: “Amnesty International” növbəti radikal kontora dönüb”

“İsrail insanlığa qarşı cinayətlərdə” adlı sənəd isə nə az, nə çox, düz 211 səhifəlikdir, üstəlik, fələstinlilər haqqında qeyd olunub ki, onlar “işğalla mübarizə aparırlar”, lakin fələstinli administariyanın silahlı qruplaşmalarının İsrail vətəndaşlarına qarşı hücumları barədə bir kəlmə də olsun deyilmir.

Digər mövqeyə nəzər salaq – “Qayıdış haqqında qanun” iqrçi adlandırılıb, beynəlxalq ictimaiyyətə isə tövsiyə edilib ki, sözügedən hesabat kontekstində bir sıra ölkələr İsrailə silah gndərməməli, buna embarqo qoyulmalıdır, habelə yüksək rütbəli siyasətçilər və həbrçilər hərbi cinayətlərinə görə məhkəmələrə cəlb edilməlidirlər. Bu məsələyə münasibətində İsrailin xarici işlər naziri Yair Lapid belə yazıb: “Ötənlərdə “Amnesty International” normal təşkilat idi və biz ona hörmət bəsləyirdik. Bu gün isə o növbəti radikal kontora dönüb və heç bir yoxlamalar, araşdırmalar etmədən yalnız feyklər yaymaqla məşğuldur. Cəmi beş dəqiqəlik araşdırma aparmaq kifayət edər ki, hesabatda təqdim edilən faktların reallıqla heç bir əlaqəsinin olmadığını müəyyən edəsən. İsraiç ideal deyil, lakin bu ölkə beynəlxalq hüquqlara əsaslanan, eləcə də özünün azad sözü, KİV-ləri, Ali məhkəməsi ilə demokratik dəyərlərin daşıyıcısıdır. “Amnesty International” Suriyanı “aparteid dövlət” adlandırmır, halbuki bu ölkənin hakimiyyəti yarım milyon vətəndaşını qətlə yetirib. Nə İran, nə Afrikanın və Latın Amerikasının qaniçən ölkələri də belə dalandırılmayıblar. Yalnız İsrail. Mən, belə bir arqumentə dözümsüzlük nümayiş etdirirəm ki, İsrail yəhudi dövləti olmasın, görünür, “Amnesty International” da bunu istəyir və belə olarsa daha heç kim İsraili tənqid hədəfinə almayacaqmış…”.

Fələstinli hüquq müdafiəçisi Basem Eyd “Amnesty International”ın qərəzli hesabatını ifşa edib

Beləliklə, sözügedən hesabatdan o da aydın görünür ki, “Amnesty International” aldığı sifarişinə əsasən gündəmə “İsrail aparteidi” mövzusunu gətirməyə çalışır. Və maraqlıdır ki, həmin hesabat Beynəlxalq Holokost günündən cəmi dörd gün sonra yayılıb. Maraqlıdır ki, hesabatda Holokost barəsində heç bir söz deyilməyib.

Bu arada onu da xatırlatmaq olar ki, “Amnesty International”ın qərəzli hesabatına hətta Fələstindən olan tanınmış simalar da etiraz səslərini ucaldıblar. Fələstinin nüfuzlu hüquq müdafiəçisi, Yerusəlim-Fələstin qrupunun təsisçisi Basem Eyd videomüraciət edərək “Amnesty International”ın hesabatına sərt münasibətini açıqlayıb, qərəzini ifşa edib.

İkinci Qarabağ müharibəsində ABŞ İsrailin Azərbaycana silah satmasını niyə əngəlləməyə çalışıb?

Yeri gəlmişkən, zaman-zaman “Amnesty International” Azərbaycanı da qəzərli, hətta izafi dərəcədə şantajlı hesabatları ilə hədəfə alır. Və maraqlıdır ki, bu gün İsraili hədəfə alan adıçəkilən təşkilat çox yəqin ki, əlində daha bir qərəzli “əsasını” bayraq kimi yelləyir. Misal üçün, İkinci Qarabağ müharibəsində ABŞ-ın yüksək siyasi dairələri İsrailə müraciət edərək, Bakıya silah satışını dayandırmağı istəmişdi. Lakin İsrail ABŞ-a rədd cavabını vermişdi. Bu barədə Amerikanın siyasi analitiki Maykl Doran ADA universitetinin ingilis dilli “Bakı dialoqları” jurnalındakı məqaləsində məlumat verib.

Amerikalı siyasət adamı Maykl Doran: “Müttəfiqlər müharibənin qızğın vaxtında bir-birinə atəş açmırlar”

“Baxmayaraq ki, Vaşinqton müharibənin ilin mərhələlərində tam olaraq proseslərə daxil olmamışdı, bu mövqe onun dostları arasında anlaşılmazlıq yaratmışdı”, deyə Maykl Doran qeyd edib. Onun sözlərinə görə, müharibə haqqında məlumatlı olan İsrail hökumətinin yüksək rütbəli məmuru ona deyib ki, hərbi əməliyyatlar gedərkən ona Ağ evin yüksək rütbəli məmuru zəng edib və israillilərin Azərbaycan ordusunu təchiz etməməsini xahiş edib. İsrail məmuru isə ona mədəni şəkildə rədd cavabı verib və amerikalıya izah edib ki, “müttəfiqlər müharibənin qızğın vaxtında bir-birinə atəş açmırlar”. Ağ evin nümayəndəsi bir daha həmin məsələni qaldırmadı.

Qeyd edək ki, Doran Qudzonnun Yaxın Şərqdə təhlükəsizlik və sülh institunun elmi əməkdaşıdır. O, ABŞ-ın milli təhlükəsizlik şurasında çalışıb, həmçinin ABŞ Dövlət departamentinin baş məsləhətçisi kimi fəaliyyət göstərib.

Maykl Doran ABŞ-ın milli təhlükəsizliyi şurasında dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə müavini kimi də çalışıb, eyni zamanda kiçik Corc Buşun prezidentliyi dövründə müdafiə nazirliyində fəaliyyət göstərib. Doran İsrailə dəstək göstərən əsas şəxslərdən biri kimi seçilir, o cümlədən, ABŞ-ın Türkiyə və Azərbaycanla əməkdaşlığıının tərəfdarı qismində çıxışları ilə seçilir. Qarabağ müharibəsində isə birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edib.

“Amnesty International”ın İsraili hədəfə almasının pərdəarxası məqamı – erməni lobbisinin barmağı…

Bütün bu kimi məsələlərdən belə bir nəticə hasil etmək olar ki, güclənməkdə, regional söz sahibinə çevrilməkdə olan bir sıra ölkələr dərhal “Amnesty International” kimi təşkilatların hədəflərinə tuş gəlirlər və son anda belə təşkilatların pərdəarxası məqamları da ifşa olunur, onların kirli sifarişlər əsasında fəaliyyətləri üzə çıxır. Hətta sözügeeən məsələni daha dərində araşdırarsaq, İsrailin hədəfə alınmasında erməni lobbisinin də izlərini aşkar etmək olar. Əbəs deyil ki, İsrailin dünyadakı lobbi təşkilatlarına meydan oxuyan diasporalardan biri də məhz erməni cəmiyyətləridir. Biz onu da unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın paytaxtı İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial kompeks iki dəfəfə (!) təhqirə məruz qalmışdı və buradan da görünür ki, əslində dözümsüzlük, aparteid tipli məsələləri elə Ermənistanın özünə də aid etmək olar. Həmin vaxtlar bütün dünya üzrə İsrailin Azərbaycanla dosluq və əməkdaşlıq münasibətləri hədəfə alınırdı, onların arxasından isə bilavasitə erməni təşkilatları, erməni lobbiləri çıxırdı. Çox yəqin ki, “Amnesty International”ın qərəzli, şantaj xarakterli hesabatının bu hesabarının da arxaından məhz erməni barmağının çıxacağını indidən proqnoz etmək olar…sia.az

Rövşən Rəsulov
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button