Siyasət

“Kütlə şüursuzluğu” qələbəyə aparmaz!

Qazaxıstanda olan etiraz aksiyaları təngə gəlmiş kütlənin zəncirləri qırmasıdır. Bu fikirləri analoq.az-a açıqlamasında Politoloq Elman Vəliyev bildirib. Analitik bildirib ki, bu proseslərin hamısın  nə qərblə, nə də Rusiya ilə əlaqələndirmirəm. Qərblə əlaqələndirsək, onda gərək bir fakta diqqət etməliyik- qərb Qazax xalqını təhrik edib qiymətlərin aşağı salınmasını niyə istəsin ki? Əgər qərb bu işə əl atardısa, onda gərək bütöv Qazaxıstanı Rusiyanın rıçakından xilas etməyi məqsəd qoymalı idi. Amma deyə bilmərik ki, burada qərb faktoru yoxdur. “Mərkəzi Asiya dövlətlərinin əhalisi” qərbə meyillidir. Bu da mühüm rol oynayan məqamlardandır.

Etirazlarda Rusiya amilinin rolu? Rusiya niyə hökumətin istefasın tələb edəcək aksiyaya təkan versin?! Həmçinin Prezident Tokayev Rusiyaya loyal(sadiq) şəxslərdəndir. Ancaq bir məqama da diqqət etmək lazımdır ki, Rusiya qoca qurddur və bundan istifadə etməyə çalışa bilər. Qazax xalqı Belarusun gününə düşmək istəməz. Bunun üçün istədiklərini alıb sakitləşməyi seçsələr daha alternativ variantdır.

Əgər hökumətə, hakimiyyətə sadiq kütlə dönüb mitinq edirsə, bunun başlıca səbəbini daxildə(bəzi məqamlar istisna) axtarmaq lazımdır. Prezident Tokayev özünü sığortalamaq üçün xalqın hökumətin istefası tələbini qəbul etdi. Əgər etməsə idi, xalq Prezidentin də istefasın tələb edə, etirazları daha da intensivləşdirə bilərdi.

Bir reallığı unutmayaq ki, təngə gəlmiş kütlə ovu əlindən alınmış aslana bənzər. Qisas almaq üçün gözləri pərdəli olar. Psixologiyada buna “kütlə şüursuzluğu deyilir”. Bu proses kütlənin istədiyini verənə qədər davam edər..

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button