İdmanRəsmi

Bolqarıstanlı xanım nazir müavini təyin edildi

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb. Bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button