Ədəbiyyat

Nə oldu bəs, Paşinyan?

Analoq.az şair Ağasəf İmranın yeni şeirini oxuculara təqdim edir

Nə oldu bəs, Paşinyan?
Niyə miskin haldasan?!
Qarabağda uduzdun,
İndi, qalmaqaldasan!?

Nə oldu bəs, Paşinyan?
“Ohan xəttin” dağıldı!
Bütün dünya gördü ki,
Sözün mifdi, nağıldı!

Nə oldu bəs, Paşinyan?
Banlayırdın Şuşadan!
Bəd niyyətin puç oldu!
Hanı, “Böyük Hayastan”?

Nə oldu bəs, Paşinyan?
Əsgərlə bacarmadın!
Beşiyində uyuyan
Uşaq qatili oldun!

Nə oldu bəs, Paşinyan?
Qanmaz başın əzildi!
Gicliyin ucbatından,
Bu gün xalqın rəzildi!

Nə oldu bəs, Paşinyan?
Bilirdik riyakarsan!
Məscidə donuz salıb,
Özün donuz olubsan!

Nə oldu bəs, Paşinyan?
Niyə tənha qalıbsan?
Hanı hami dostların,
Çürük bir qoz olubsan!

Nə oldu bəs, Paşinyan?
Rəzil iddian hanı?
Fitnəkar savaşında,
Axdı minlərin qanı!

Nə oldu bəs, Paşinyan?
Puç oldumu şər-böhtan?
Dünya gördü – anladı,
Kimdir onu aldadan!

Nə oldu bəs, Paşinyan?
Sən hələ dünyadasan?
Bəlkə gic gicgahına,
Bircə güllə çaxasan?!
Sonun budur, Paşinyan!
Xalqın səni “unutmaz”!
Heykəl qoyar təzəkdən,
Duracağı unitaz!

Ağasəf İmran

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button