Ədəbiyyat
İlahi, neynirdin bu adamları?! – Anar Məcidzadədən yeni ŞEİR
İlahi, neynirdin bu adamları?!
Dünyada nə çoxdur yalaq adamlar,
Gül-çiçək içində alaq adamlar,
Hər sözə, söhbətə qulaq adamlar;
İlahi, neynirdin bu adamları?!
Sonumuz məzardır, ilkimiz bələk,
Dünyaya hər adam doğulur mələk,
Bələkdən qəbrədək adamlar kələk;
İlahi, neynirdin İlahi, bu adamları?!
Çarə yox dünyanın qalmaqalına,
Adamlar meyl edir dünya malına,
Acı adamların acı halına,
İlahi, neynirdin bu adamları?!
Daha adamların bir olmur sözü,
Bilmirsən kim deyir doğrunu, düzü,
Dönüb adamların, dönübdür üzü,
İlahi, neynirdin bu adamları?!
Anaram, sözümü deyirəm kəsə,
Gözüm adamlardan su içmir nəsə,
Adam bildiklərin nankor bəndəsə,
İlahi, neynirdin bu adamları?!
11.04.2024
Anar Məcidzadə
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4.5]