Ədəbiyyat
“Özünü vaxtında yetirdi Şahin” – Kardioloq, tibb elmləri namizədi Şahin Xəlilova
Şahin
Respublika Diaqnostika Mərkəzinin şöbə müdürü,invaziv kardioloq, tibb elmləri namizədi Şahin Xəlilova
Əməliyyat otağı hazır olanda
Özünü vaxtında yetirdi Şahin.
Desə də, bir iynə vuracam sənə –
Damara üç stend ötürdü Şahin.
Ürəklə çalışıb qurtardı işi,
Sildi könüllərdən qorxu-təşvişi.
Allah, yada saldım bütün keçmişi,
Məni cüt oğluma yetirdi Şahin.
Bayramın ürəyi ritmini qurdu,
Qalxdı, yıxılmadı, ayaqda durdu.
Xeyirli işlərə əlini vurdu,
Bir həyat ağacı bitirdi Şahin.
27 oktyabr 2022-ci il.
Bayram Qaralov
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]