Ədəbiyyat

Tanınmış ilahiyyatçı Allaha teleqram vurdu -“Səni and verirəm Allahlığına”

Allaha teleqram

Səni and verirəm Allahlığına,
Düzəlt insanların əməllərini.
Yaxşını yamana yazma bu dəfə,
Dəyiş bu dünyanın təməllərini.

Öyrətmək olmasın: dua edirəm–
Məzlumun gözündə yaş da yanmasın.
Şikəst doğulmasın kasıb övladı,
Qurunun oduna yaş da yanmasın.

Belə qurmusansa dua nə lazım,
Dövran belə gəlib, belə gedəcək.
Yox, dəyişə bilərsənsə məcranı,
Bir kəlmə “dur” denən, zülüm bitəcək !

Ya dağıt dünyanı, ya da ki, düzəlt,
Qoy belə qalmasın, yazıqdır insan.
Bəzən it qədər də yoxdur hörməti,
Ümidsiz yaşamdan bezibdir insan.

…Bağışla ya Rəbbim, bağışla məni,
İşinə qarışdım cəsarət edib.
Nə demək istədim, yaxşı bilirsən,
Sənə ÖZ BƏŞƏRİN XƏYANƏT EDİB !

Tural İRFAN
30.09.2012.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button