Siyasət

Erməni deputatın çıxışı ölkəni silkələdi : “Növbəti itirəcəyimiz yer Zəngəzur və Göyçə mahalı olacaq”

İrəvanda təşkil olunan mitinqdə Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan maraqlı açıqlamalar verib.

Erməni deputat bildirib ki , hər iki tərəfdən Türkiyə-Azərbaycan ittifaqı Ermənistandakı “tərəfdaşlarının” köməyi və iştirakı ilə ölkəni nəhayət kapitulyasiyaya salmağa çalışır. Türkiyə və Azərbaycanın qırmızı xətlərinin olduğunu düşünənlərin hamısı dərin yanılır.

O , daha sonra qeyd edib ki , növbəti itirəcəyimiz yer Zəngəzur və Göyçə mahalı olacaq. Sonra isə İrəvandakı Şimal prospektinə çatacaqlar”, deyə o, qeyd edib.

Onu da qeyd edək , İşxan Saqatelyan Paşinyana məxsus “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyasının səs çoxluğu ilə vitse-spiker vəzifəsindən çıxarılıb.

Deputatın bu çıxışı ölkədə xeyli səs -küyə səbəb olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button