Siyasət

İsveç dövlət televiziyasında Türkiyə təhqir edildi

İsveçin Ankaradakı səfiri dövlət televiziyasında Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin ünvanına təhqiramiz məzmunlu ifadələr işlədildiyinə görə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Herrström İsveçin dövlət televiziyası SVT-də prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə qarşı təhqiramiz ifadələr və görüntülərin yer aldığı proqramın yayımlanması səbəbiylə Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin proqramla bağlı sərt reaksiyası səfir Herrströmə çatdırılıb.

Bundan başqa, mənbələr “Prezidentimizə və ölkəmizə qarşı hədsiz və çirkin ifadələr, görüntülər qəbuledilməzdir. Bu cür nəşrlərin ifadə və mətbuat azadlığı ilə izah edilməsi mümkün deyil”, – deyə vurğulayıblar525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button