Siyasət

Fars dilbeçəliyi – Cənubi Azərbaycan faktorunu susdura bilməz! TƏRS BAXIŞ+ÖZƏL

Daha bir fakt budur ki, düz onlarla əsr müddətindən başlayaraq ötən yüzilliyin dörddə birinə qədər “Persiya” adlanan mövcud “İranı” Azərbaycan dinastiyaları idarə ediblər – Atabəylər, Qraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar…

Cənubi Azərbaycan xalqı ayağa qalxanda nələr baş verə bilər…

Hətta bu gün Tehran rejiminin başıəmmaməlilərinin iqtidara gəlməsi imkanlarının əldə olunmasında belə Cənubi Azərbaycanın paytaxtı Təbrizi göstərə bilərik! Düzdür, üsyan və qiyamlar şah rejiminin yaratdığı ağır sosial mühitə görə yarandı, amma sonradan həmin amil islami inqilabla əvəzləndi. Yəni Təbrizdən baş qaldıran qiyam sonrakı mərhələdə ruhanilik tərəfindən mənimsənildi. Bununla da inqilaba fars şovinizmi əsasında formalaşan mollakratiya əbası geyindirildi. Ona görə də iqtidarda gəldiklərinə görə məhz cənublu soydaşlarımıza minnətdarlıq etməli olan İran hakimiyyəti bütün bunları təhqirlərlə, repressiyalarla, edamlarla, həbslərlə əvəzləyiblər. Çünki bilirlər ki, Cənubi Azərbaycan xalqı ayağa qalxanda nələr baş verə bilər, ona görə də odla oynanamamalıdırlar!

İndi isə gəlin zamanın digər üzünə baxın, fars şovinistləri uzun illərdir ki, Azərbaycan məktəblərinin, mədəniyyət və təhsil ocaqlarının açılmasına, fəaliyyət göstərməsinə imkan vermirlər, müxtəlif bəhanələrlə maneələr yaradır, baryerlər qoyurlar, bununla da tariximizi silməyə cəhdlər göstərirlər. Lakin mollakratiya rejiminin hər vəchlə oynadıqları kirli və uğursuz şovinizm tamaşalarına baxmayaraq bu ölkədə yaşayan soydaşlarımız bir amal – VƏTƏN amalı üzərində birləşərək öz milli, tarixi ənənələrini yaşadırlar.

“Traktor”un fəthi!

Təbrizin qürurlu “Traktor” futbol klubu isə öz qələbələri ilə qürurumuzu ay və ulduzlara qədər yüskəldir! Hətta deyə bilərik ki, bu mübariz klub öz qələbələri ilə əslində Cənubi Azərbaycandakı soydaşlarımızın mübarizlik əzmini, qalibiyyət əzmini ortaya qoyur. İranın mollakrat və şovinist rejimi əbəs deyil ki, bu klubun da qarşısını müxtəlif kirli niyyətləri ilə almağa cəhdlər göstərirlər, amma uduzurlar, heç nəyə də nail ola bilmirlər. Təkcə “Traktor” futbol klubunun qələbələri bu gün sərhədlərimizdə bizə diş qıcıdan sınıq-salxaq hərbi texnikaların, Araz çayı üzərindən salınan hərbi məqsədli paslı pantonların görüntüsünü heçə endirir. Fars şovinistləri bir futbol klubunun qalibiyyətinə belə həsədlə baxırlar.

Bu gün Milli Azadlıq Hərəkatı, Hürr olmaq eşqi ilə ayağa qalxan Cənubi Azərbaycan soydaşlarımız artıq vaxtın gəldiyini dərk edirlər. Və artıq fakt budur ki, tam hüquqlu və azad vətəndaş olmaq üçün öz sözünü deməyin zamanı yetişib.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button