Siyasət

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Yeni Zelandiya Ukraynada davam edən müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Analoq.az xəbər verir ki, xarici işlər naziri Nanaia Mahuta deyib ki, yeni sanksiyalar Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarına yönəlib: “Ukraynaya davamlı dəstəyimiz çərçivəsində bu gün biz 14 şəxs və 7 təşkilata sanksiya tətbiq edirik. Sanksiya tətbiq etdiyimiz şəxslər arasında hərbi qulluqçular, müdafiə təşkilatları və icraçıları, Rusiya tərəfindən idarə olunan dezinformasiya təşkilatları, hərbiləşdirilmiş təşkilat və yüksək rütbəli komandirlər var”, – Mahuta açıqlamasında deyib.

Rusiyanın hərbi kəşfiyyatı tərəfindən həyata keçirilən kiber əməliyyat və xəbər agentliyi olan InfoRos və Krım mərkəzli NewsFront-a da sanksiya tətbiq edildiyini bildirən Mahuta: “Yeni Zelandiyanın Rusiyanın Ukraynadakı qanunsuz və ədalətsiz hərəkətlərini bu sanksiyalar vasitəsilə asanlaşdırmaqda rol oynadığını”, – deyib.

“Rusiya Silahlı Qüvvələrinin Ukraynada ayrıseçkilik etmədən hücumları və mülki hədəflərə külli miqdarda ziyan vurması ilə bağlı davamlı xəbərlər dərin narahatlıq doğurur”, – deyə Mahuta bildirib.

Yeni Zelandiya aprel ayından bəri 1200-dən çox şəxs və təşkilata qarşı sanksiya tətbiq edib/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button