Siyasət

İsraildə hökuməti qurmaq Netanyahuya tapşırılıb

İsrail Prezidenti İsaak Hersoq hökuməti qurmaq üçün noyabrın 1-də keçirilən seçkilərdə qalib gələn Likud Partiyasının lideri Binyamin Netanyahunu təyin edib.

Analoq.az xəbər verir ki, İsrail Prezidenti Hersoq Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Parlamentdəki qruplarla görüşdükdən sonra Hersoq hökuməti qurma vəzifəsini Likud lideri Netanyahuya verdiyini açıqlayıb. Prezident Hersoq partiya qrupları ilə məsləhətləşmələr nəticəsində parlamentdəki 64 deputatın Netanyahunu, 28 deputatın isə baş nazirliyə namizəd kimi Gələcəkdir Partiyasının lideri Yair Lapidi irəli sürdüyünü bəyan edib. Hersoq parlamentə daxil olan 28 deputatın heç kimin namizədliyini irəli sürmədiyini bildirib.

İsrail Prezidenti bu tapşırığı “deputatlar arasında ən yüksək dəstəyi, parlamentdə ən böyük partiya olduğunu və hökumət qurmaq şansının yüksək olduğunu” nəzərə alaraq verdiyini qeyd edib. Hersoq, Ali Məhkəməyə görə, Netanyahuya qarşı üç ayrı korrupsiya işi ilə bağlı davam edən məhkəmə prosesinin onun hökumət qurmaq mandatına mane olmadığına diqqət çəkib. Qanuna görə, Netanyahunun hökuməti qurmaq üçün 28 günü var və bu müddət iki həftə uzadıla bilər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button