Dünya

ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.Bu barədə “ABS-CBN News” məlumat yayıb.

“Balikatan 2024”ün sözçüsü Maykl Loqiko təlimlərlə bağlı deyib: “Silahlı Qüvvələrin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır. Gəlin bunu bəzəməyək. Öyrənməsək və hazırlaşmasaq, ölkəyə xələl gələcək”.

Təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. ABŞ-ın Filippində yerləşdirdiyi “SM-6” zenit-raket raketləri isə təlimdə istifadə edilməyəcək.

Təlim Filippinin şimalında, Tayvana 300 km-dən az məsafədə yerləşən Kaqayan və Batanes əyalətlərində keçiriləcək.

“Balikatan 2024” iştirakçıları həmçinin informasiya müharibəsi taktikası, dəniz təhlükəsizliyi və inteqrasiya olunmuş hava və raketdən müdafiə üzrə təcrübə keçəcəklər.

Mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcək. Asiya və Avropanın 14 ölkəsi onlara müşahidəçi qismində qoşulacaq/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button