Hadisə

SON DƏQİQƏ – Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdü

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər – “Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar/musavat.com

*****

“Azərişıq” ASC-dən verilən açıqlama:

“Yoldan keçən başqa nəqliyyat vasitəsi idarəetməni itirib, qurumun xidməti maşınına çırpılıb. Nəticədə sürücü qəzadan yayınmağa çalışarkən yoldan çıxıb. Hadisə zamanı maşında 3 nəfər olub. Onlar yüngül xəsarət alıblar, vəziyyətləri yaxşıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button