“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Analoq .az xəbər verir ki, o bu barədə tviterdə yazıb.
S.Bayraktar Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən sitat gətirib:
“Birdir bizim hər halımız,
Sevincimiz, məlalımız,
Bayraqlarda hilalımız,
Azərbaycan, Türkiyə.
Can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü təbrik edirəm”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]