Siyasət

“Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır” – Səfir

“Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur”.Analoq.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

O xatırladıb ki, Azərbaycanla sərhəddə mina partlayışı nəticəsində bir erməni əsgər yaralanıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra azərbaycanlı qurbanların sayı 352 nəfərdir”, – diplomat qeyd edib.

Xatırladaq ki, aprelin 25-də Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb və hadisə nəticəsində yaralanıb.

Analoq.a,

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button