BannerŞikayət

Tanınmış aranjımançı həyat yoldaşı tərəfindən TƏHDİD olunur – ” SİRLİ NAĞIL” IN YOZUMU

Yəqin ki , bir çoxlarınız “Sirli nağıl” uşaq bağçası haqqında yazdıqlarımızla tanışsınız. Baxçanın qanunsuz fəaliyyətindən tutmuş digər məsələlərə qədər bir çox nöqsanlar dərc etdiyimiz yazılarda qeyd olunmuşdu.

Bağça müdirəsinin “Sirli nağılı” Və ya Vüsalə Heydərova kimə güvənir?

Vüsalə xanım, Sizdən “Sirli nağıllı” cavablar gözləyirik


İndi isə “Sirli nağıl”ın sirrinin yeni təfərrüatları üzə çıxıb.

Beləliklə əldə etdiyimiz növbəti şok məlumatları oxumağa hazır olun !

Vaxtılə “Sirli Nağıl” uşaq bağçasıyla bağlı təqdim etdiyimiz yazıların saytdan silinməsi üçün Analoq.az-a müraciət edən Vüsalə Heydərovanın həyat yoldaşı, tanınmış aranjımançı İlkin Valeh oğlu Hətəmov bu gün artıq rəsmi şikayətçi qismində bizə müraciət etdi.

Xatırladaq ki, baxçanın fəaliyyəti ilə bağlı nöqsanları işıqlandırarkən qarşı tərəfin mövqeyini öyrənmək üçün Vüsalə Heydərova ilə əlaqə saxlayarkən o bizə kobud cavab verib bildirdi ki, barəsində gedən faktlar guya həyat yoldaşı İlkin tərəfindən ötürülüb. Halbuki, İlkin Hətəmov tənqidi yazılardan sonra bizimlə əlaqə saxlayaraq yazıların saytdan silinməsini xahiş etmişdi. Amma həyatın ironiyasına baxın ki, İlkin Hətəmov bu gün bizə şikayətçi qismində müraciət edir.

Şikayətinin mahiyyəti ondan ibarətdir ki, İlkin Hətəmov rəsmi nikahda olduğu həyat yoldaşı Vüsalə Heydərova və onun yaxınları tərəfindən təhdid və şantaja məruz qalıb. Belə ki, şikayətçinin bizə bildirdiyinə görə ona zəng edib özünü Samir kimi təqdim edən şəxs polisdə çalışdığını bildirərək, şərəfli və qürurlu Azərbaycan polisinə yaraşmayan kobud ifadələrlə ər-arvad arasında olan ailə məsələsinə qarışıb.
Qeyd edək ki, Vüsalə Heydərova ilə İlkin Hətəmov arasında boşanma ərizəsi məhkəməyə təqdim olunsa da məhkəmə tərəflərə barışmaq üçün prosedur qaydada vaxt verib. Və onlar hazırda rəsmi nikahdadırlar. Bu zaman sual olunur- Üçüncü və dördüncü şəxslər hansı haqla qanuni ər-arvadın şəxsi işlərinə, ailə daxili məsələlərinə müdaxilə edirlər?!

Faktın ikinci tərəfi budur ki , Samir adlı şəxs İlkin Hətəmova əvvəlcə hüquq -mühafizə orqanının əməkdaşı olduğunu bildirib, daha sonra “İnstagram” sosial şəbəkəsində onun şəkillərini yayacağı ilə şantaj edib.
Şikayətçi deyir ki, bir polis əməkdaşının bütün qanun hədlərini aşaraq belə davranış nümayiş etdirməsi suallar doğurur.

Şikayətçi bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmək fikrində olduğunu da qeyd edib.

Şikayətçi İlkin Hətəmov daha sonra bildirib ki, hədə-qorxu və şantaj prosesində onun qaynı Fəqan adlı şəxsin də “xidmət”i var.

Məsələni araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button