Siyasət

Alev Kılıc -“Azərbaycan Prezidentinin Qırğız Respublikasına səfəri türk dünyasının birləşməsinə töhfə verir”

“Azərbaycan Prezidentinin Qırğız Respublikasına səfəri türk dünyasının birləşməsinə töhfə verir”.Bunu Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç deyib.

“2009-cu ildə Naxçıvan sazişinin imzalanması, təşəbbüskarlarından biri Azərbaycan olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının başlanğıcı oldu”, – o bildirib.

Avrasiya Araşdırmalar Mərkəzinin direktorunun sözlərinə görə, bu gün bu proses artıq Türk Dövlətləri Təşkilatı kimi institutlaşdırılıb və beynəlxalq təşkilat statusu alıb.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan və Qırğız Respublikasına səfərlərini, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfərini bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi cəhdləri kimi qiymətləndiririk və hesab edirik ki, bu səfərlər türk dünyasının birləşməsinə mühüm töhfə verir”, – A.Kılıç vurğulayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button